Standart Penetrasiya Testi
Sınaqlar standart dinamik zondlama qurğusu vasitəsi ilə həyata keçirilmişdir. Bu sınaqları apararkən «УГБ-1ВС» və «MS-750» qurğusunun köməyindən istifadə olunmuşdur.Dinamik zond silindrik, alt hissəsi konusvari, nazik qalınlığa malik ucluqlu kernaqəbuledici boruda (gilzdən) ibarət olaraq xarici diametri 51 mm, daxili diametri 35 mm-ə bərabərdir.
Xidmət Haqqında
Sınağı aparmaq üçün diametri 50 mm, uzunluqları 1,5-3,0 m olan ştanqlardan (borulardan) və çəkisi 63,5 kq çəkicdən (silindrik formada yük) istifadə olunur. SPT sınaqları zondun ucluğunun 760 mm hündürlükdən 63,5 kq ağırlığında sərbəst düşmə zərbəsindən süxuru dəlməsi nəticələrinə görə aparılmışdır. Sınaqların nəticələri dinamik zondlama jurnallarında və quyuların geoloji-litoloji sütunlarında verilmişdir. Qruntların sıxlığının standart təyini (standart penetrasiya sınaqları – SPT) ASTMD-1586 vǝ BS-D 1586-99 (Britaniya) standartlarına uyğun aparılmışdır. Kernqəbuledici gilzlərdən çıxarılan qrunt kernləri yarlıklarla təchiz olunaraq salafan paketlərin içərisində qutulara qablaşdırılmışdır.
İş Prosesi
Aşağıdakı cədvəldə bu qruntlarda aparılan dinamik zonlamanın nəticələri verilmişdir:
(M.G.E) | Qruntun adı | Sınaqların sayı | Zərbələrin minimal sayı | Zərbələrin maksimal sayı | Zərbələrin orta sayı |
---|---|---|---|---|---|
2;3 | Qum | 5 | 22 | 28 | 26 |
5 | Gil | 72 | 22 | 75 | 48 |
Cədvəldən göründüyü kimi zondun qruntu 30 sm dəlib keçməsinə sərf olunan zərbələrin sayı müxtəlifdir. Bu say qumlarda 22 ilə 28, gillərdə isə 22 ilə 75 arasında dəyişilib. BS-D 1586-99 (Britaniya) standartlarına əsasən bu qruntlar orta sıxlıqlı qum, yarımbərk və bərk gil kimi təsnif olunur.
İşi bizə ötürün – keyfiyyəti görün!
Engineer Geolog kimi bir tərəfdaş olaraq, birlikdə böyük hədəflərə çatmağın vaxtı gəldi. Bizimlə əlaqə saxlayın və sərbəst təcrübələrimizi, keyfiyyəti və ən yaxşı təcrübəsini birləşdirərək uğurlu bir hədəfə nail olmağa başlayaq.