Haqqımızda

«ENGINEER-GEOLOG» MMC 03 fevral 2016-cı il tarixdən fəaliyyətə başlamışdır. Müəssisənin fəaliyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş «Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis axtarış işlərina» icazəyə dair 088249 saylı LİSENZİYA əsasında mühəndis-geodeziya işləri, mühəndisi-geoloji axtarış işləri, mühəndis-hidrogeoloji axtarış işləri və geofiziki işlərini yerinə yetirir.

Xidmətlərimiz

Laihələndirilən bina, qurğu və konstruksiyaların tikiləcəyi (qurağdırılacağı) sahələrin mühəndis-geoloji şəratinin qiymətləndirilməsi, gələcəkdə özül rolunu oynayacaq süxurların möhkəmlik göstəricilərinin öyrənilməsi, sahədə ola biləcək sürüşmə zonalarının, karst boşluqlarının, palçıq vulkanı brekçiyalarının və s. tikintilərin dayanıqlığına təsir göstərə biləcək anomal şəraitlərin aşkara çıxarılması məqsədi ilə «ENGİNEER- GEOLOG» MMC tərəfindən topoqrafiya-geodeziya xidmətləri, mühəndisi- geoloji quyuların qazılması, süxur nümunələrinin götürülməsi (birqat, ikiqat, üçqat və «shelby tube» tipli nümunə götürənlərlə, pozulmamış və şneklǝ strukturu pozulmuş), geotexniki (SPT, Pressiometr sınağı), geofizikiüsullarla qruntlarda eninə və uzununa dalğaların yayılması seysmikliyin təyini, hidrogeoloji işlərlə yeraltı suların yayılmasının öyrənilməsi, yeraltı suların kimyəvi tərkibinin təyini, götürülmüş süxur nümunələri üzərində laboratoriya tədqiqatlarının aparılması və s. Mövcud yerli və beynəlxalq standartların tələbləri çərçivəsində müasir mühəndis-geologiyasının əsasını təşkil edən işlər yerinə yetirilir.

Qazma İşləri

Geoloji tədqiqat işləri kəşfiyyat quyularının qazılması ilə yerinə yetirilir. Quyuların qazılması Kamaz-43114 və Qaz-66 şassiləri üzərində quraşdırılmış URB-2A2 və UQB-1VS markalı qazma qurğularının vasitəsilə həyata keçirilir.

Qazma zamanı quyulardan süxur nümunələrinin götürülməsi birqat, ikiqat və «shelbytubk» tipli nümunə götürənlər vasitəsilə həyata keçirilir

Tərəfdaşlarımız

Sertifikatlar və Lisenziyalar

İşi Bizə Ötürün – Keyfiyyəti Görün