Geofizika Xidməti
Geofiziki tədqiqat işləri “SARA RS232 electronic instruments” seysmoloji aparatından istifadə edilməklə aparılmışdır. Çöl şəraitində “DoReMi” seysmoloji proqramından, alınan seysmik məlumatlarının emalı və interpretasiyası üçün isə SEİSMOWIN, PICWIN və PLOTREFA proqramlarından istifadə olunmuşdur.
İş Prosesi
Sınan dalğalar üsulu (SDÜ) və Səth Dalğalarının Çoxkanallı Analizindən (MASW) istifadə edilməklə qatların sərhədləri və qalınlıqları müəyyənləşdirilmişdir. MASW həmçinin bu ərazidə tipik olan sürətin əks olunmasını və aldadıcı qatları müəyyənləşdirmə qabiliyyətinə malikdir. Qeyd etmək lazımdır ki, kəsilən dalğaların sürəti MASW metodu, sınan dalğaların sürəti isə VS və Puasson nisbətindən tapılmışdır.
Xidmət Haqqında
Seysmik kəşfiyyat işlərinin məqsədi kəsilişi təşkil edən süxurlarda uzununa Vp və eninə Vs dalğaların təyin edilməsi, profildə P və S dalğalarının yayılma sürətlərinin müxtəlifliyinə görə layların bölgülərə ayrılması və sahədə kəsilişin dərinliyə doğru izlənməsi olmuşdur. Seysmik kəşfiyyat işlərinin nəticəsi olaraq Puasson və Yunq modulu elastiklik əmsalları hesablanır.
Layihələr
- Kəlbəcər-Laçın Avtomobil Yolları və Körpülər
- Kəlbəcər-Toğana Avtomobil Yolları və Körpülər
- Xudafərin Laçın Xanlıq Qubadlı Avtomobil Yolları və Körpülər
- Əhmədbəyli-Zəngilan-Ağbənd Avtomobil Yolları və Körpülər
- Şükürbəyli-Cəbrayıl-Hadrud Avtomobil Yolları və Körpülər
- Ağdam Şəhər Daxili Avtomobil Yolları
İşi bizə ötürün – keyfiyyəti görün!
Engineer Geolog kimi bir tərəfdaş olaraq, birlikdə böyük hədəflərə çatmağın vaxtı gəldi. Bizimlə əlaqə saxlayın və sərbəst təcrübələrimizi, keyfiyyəti və ən yaxşı təcrübəsini birləşdirərək uğurlu bir hədəfə nail olmağa başlayaq.