Topoqrafik geodeziya işləri
Topoqrafiya-geodeziya işləri tikinti və yaşayış sahələrində, su anbarları və mühəndis qurğuları, qəsəbə və şəhər məhəllələrində TS09 elektron taxeometrdən istifadə etməklə aparılır. Məlumatlar AutoCad – proqram paketindən emal və interpretasiya olunur.
Görülün hər hansı geoloji nöqtələr, o cümlədən tikintinin aparılması zamanı, baş planın işlənilməsi və layihənin icrası məqsədi ilə dəqiq topoplandan istifadə edilir.
Müəssisə tərəfindən aparılan topogeodeziya işləri əsasən aşağıdakı məqsədlərə xidmət göstərir:
● Topoqrafik əsasın yaradılması
● Topoqrafik planalma
● Obyektlərin və xətti qurğuların nişanlanması və naturaya keçirilməsi
● Çöl yoxlamalarının aparılması