Pressiometr sınaqları
APAGEO kompaniyasının istehsalı olan Menard Pressiometri vasitəsilə 50 m dərinliyə qədər qaya və dispers süxurların deformasiya modulu təyin olunur.
Pressiometr sınaqları aşağıdakı şəkildə yerinə yetirilir: hazır quyuya elastik divarları olan kamera buraxılır. Sonra bu kamera su ilə doldurulmaqla qrunta müəyyən olunmuş təzyiq yaradılır. Bundan sonra ölçü silindir vasitəsilə qruntun deformasiya xüsusiyyəti (deformasiya modulu) təyin olunur.
Pressiometr haqda əlavə olaraq qeyd etmək istərdik ki, onun köməyi ilə qumlu və çınqıllı-gilli (30%-ə qədər çınqıl qatışıqlı) qruntların möhkəmlik və deformasiya xüsusiyyətləri daha effektiv qiymətləndirilir.
Pressiometr metodunun teoretik əsaslandırılması ondan ibarətdir ki, ştampın təsiri ilə qruntun deformasiyası baş verir.
Pressiometrin quyu divarma göstərdiyi təzyiqin artırılması dağ süxurlarının deformasiya olunmasına səbəb olur və bu proses 3 mərhələdə baş verir: sıxlaşma, lokal yerdəyişmə və dağılma. Hesabı sxemin işlərilməsi üçün qruntlarda əsasən deformasiyanın 2 mərhələdə baş verilməsi nəzərdə tutulur: təsirdən asılı olaraq deformasiyanın xətti asılılığı ilə xarakterizə olunan sıxlaşma, o cümlədən təzyiq və deformasiyadan asılı baş verən lokal yedəyişmələrdən yaranan dağılmalar.
Bu tədqiqatlar çöl şəraitində. əsasən ГОСТ 30672-99-un ( Грунты. Полевые испытания. Общие положения) tələblərinə uyğun şəkildə yerinə yetirilmişdir.