Hidrogeologiya
Bu tədqiqatlar vasitəsilə yeraltı suların yayılma dərinliyinin, sulu layın qalınlığının və tərkibinin öyrənilməsi mümkündür. Tədqiqat zamanı pyezomertrlərdən sulu horizontlarda hidrogeoloji parametrlərin təyini üçün istifadə olunur. Pyezometrlərin tədqiqi filtrin yerləşdiyi nöqtədə pyezometrik səviyyəni təyin etməyə imkan verir.
Bu məqsədlə ayrılmış ərazilərdə hidrogeoloji kəşfiyyat quyuları qazılmaqla, yeraltı suya rast gəlmə dərinliyi, horizontun litoloji tərkibi, qalınlığı təyin olunur. Ardıcıl olaraq sınaq suçəkmə işləri aparılmaqla, yeraltı suların debiti, layın məhsuldarlığı və süzmə əmsalı da hesablanır.
Digər tərəfdən sulu horizontun qidalanma mənbəyi, mənşəyi, səviyyə amplitudası təyin olunmaqla, götürülmüş su nümunələrinin kimyəvi analizləri nəticəsində onların tikinti materiallarına (dəmir-betondan hazırlanmış konsruksiyalara) qarşı aqressiv xüsusiyyəti təyin olunur.