• +994 (12) 541 64 49

ŞİRKƏT HAQQINDA

EGİNEER-GEOLOG» MMC 03 fevral 2016-ci il tarixdən fəaliyyətə başlamışdır.  Fəaliyyətə başladığı dövrdən bəzi müştəriləri arasında fərq qoymadan kiçik səhimdar müəssisələrdən tutmuş, böyük dövlət qurumlarına qədər bütün müstərilərinə dəyər verməklə, müvəffəqiyyətlə xidmət göstərmişdir.

Müəssisənin fəaliyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş «Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis axtarış işlərinə» icazəyə dair 088249 saylı LİSENZİYA əsasında mühəndis-geodeziya işləri, mühəndisi-geoloji axtarış işləri, mühəndis-hidrogeoloji axtarış və geofiziki işləri yerinə yetirir.

Mühəndis-axtarış işləri obyektlərin tikinti və mühəndisi-müdafiə tədbirlərinin layihə öncəsi və  layihələndirmə zamanı əsaslandırılması, tikinti layihələndirilən rayon və meydançaların mühəndisi-geoloji şəraitinin kompleks öyrənilməsinə xidmət edir. Bu tədqiqatlar  nəticəsində ərazinin relyefinin geoloji quruluşunun, geomorfoloji, hidrogeoloji şəraitinin, həmçinin litoloji kəsilişdəki süxurların tərkibinin, fiziki-mexaniki xüsusiyyətlərinin, yeraltı suların yayıldığı dərinliklərin, suların kimyəvi  tərkibinin dəqiqləşdirilməsi, təhlükə törədə biləcək  ekzogen-geoloji  proseslərin  öyrənilməsi təmin olunur.

Layihələndirilən bina, qurğu və konstruksiyaların tikiləcəyi (quraşdırılacağı) sahələrin mühəndis-geoloji şəraitinin qiymətləndirilməsi, gələcəkdə özül rolunu oynayacaq süxurların möhkəmlik göstəricilərinin öyrənilməsi, sahədə ola biləcək sürüşmə zonalarının, karst boşluqlarının, palçıq vulkanı brekçiyalarının və s. tikintilərin dayanıqlığına təsir  göstərə biləcək anomal şəraitlərin aşkara çıxarılması məqsədi ilə «EGİNEER-GEOLOG» MMC tərəfindən topoqrafiya-geodeziya xidmətləri, mühəndisi-geoloji quyuların qazılması, süxur nümunələrinin götürülməsi (birqat, ikiqat, üçqat və «shelby tube» tipli nümunə götürənlərlə pozulmamış və şneklə (strukturu pozulmuş), geotexniki (SPT, Pressiometr sınağı), geofiziki üsullarla qruntlarda eninə və uzununa dalğaların yayılması – seysmikliyin təyini, hidrogeoloji işlərlə yeraltı suların yayılmasının öyrənilməsi , yeraltı suların kimyəvi tərkibinin təyini, götürülmüş süxur nümunələri üzərində laboratoriya tədqiqatlarının aparılması və s.  Mövcüd yerli və beynəlxalq  standartların tələbləri çərçivəsində müasir mühəndis-geologiyasının əsasını təşkil edən işlər yerinə yetirilir.

Xidmətlərimiz:

● Qazma işləri;

● Topoqrafik-Geodeziya işləri;

● Hidrogeoloji işlər;

● Geotexniki tədqiqatlar;

● Geofiziki işlər;

● Laboratoriya işləri.

Missiyamız: Peşəkar işçi qüvvəmizlə müştərilərin daimi seçimi olaraq qalmaq.

Hədəfimiz: Ətraf mühiti qorumaqla, yüksək səviyyədə mühəndisi-geoloji xidmət göstərən kimi tanınmaq.