• +994 (12) 541 64 49

Geofiziki tədqiqatlar

Geofiziki tədqiqatlar.

Geofiziki tədqiqat işləri “SARA RS232 electronic instruments” seysmoloji aparatından istifadə edilməklə aparılmışdır. Məlumatlar əldə etmək üçün çəkiclə zərbə vurma yolu ilə profil boyu müxtəlif nöqtədən enerji mənbəyi kimi istifadə olunur.

Çöl şəraitində “DoReMi” seysmoloji proqramından, alınan seysmik məlumatlarının emalı və interpretasiyası üçün isə SEİSMOWIN, PICWIN və PLOTREFA proqramlarından istifadə olunmuşdur.

Sınan dalğalar üsulu (SDÜ) və Səth Dalğalarının Çoxkanallı Analizindən (MASW) istifadə edilməklə qatların sərhədləri və qalınlıqları müəyyənləşdirilmişdir. MASW həmçinin bu ərazidə tipik olan sürətin əks olunmasını və aldadıcı qatları müəyyənləşdirmə qabiliyyətinə malikdir. Qeyd etmək lazımdır ki, kəsilən dalğaların sürəti MASW metodu, sınan dalğaların sürəti isə VS və Puasson nisbətindən tapılmışdır.

Seysmik kəşfiyyat işlərinin məqsədi kəsilişi təşkil edən süxurlarda uzununa Vp və eninə Vs dalğaların təyin edilməsi, profildə P və S dalğalarının yayılma sürətlərinin müxtəlifliyinə görə layların bölgülərə ayrılması və sahədə kəsilişin dərinliyə doğru izlənməsi olmuşdur.

Seysmik kəşfiyyat işlərinin nəticəsi olaraq Puasson və Yunq modulu elastiklik əmsalları hesablanır.